İçərişəhərdə qala divarını yazan şəxs saxlanıldı

İçərişəhərdə qala divarını yazan şəxs saxlanıldı

Artıq İçərişəhərin Qala divarında vandalizm aktını törədən şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “İçərişəhər” DTMQ İdarəsinin sədri Şahin Seyidzadə məlumat yayıb.

Məlumatda bildirilir ki, məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında araşdırma aparılıb:

“Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadə olduğu müəyyən edilib. Yaxın vaxtlarda hadisəyə hüquqi qiymət veriləcək”.

Həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə qalmayan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, iyunun 9-u bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin qala divarının yazılması barədə məlumatlar yayılmışdı.

Teqlər: