İçərişəhər ərazisində və Qala qoruğunda muzeylərdə “Açıq qapı günü” elan olunur

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd
olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM)
11-ci konfransında təsis edilib.

AzerTimes-ın
məlumatına görə, muzeylərin cəmiyyətin həyatında mühüm rol
oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və
əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş
əlamətdar gün İCOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında
qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü”
devizi altında keçirilir.
Bu əlamətdar gün münasibətilə ölkəmizdə eləcə də “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən silsilə tədbirlər
həyata keçirilir.

Belə ki, İdarə Beynəlxalq Muzeylər Günü münasibəti ilə bütün
dünyada olduğu kimi İçərişəhər ərazisində və Qala qoruğunda
muzeylərdə “Açıq qapı günü” elan edir. Hər kəs Qız Qalasını,
Şirvanşahlar Sarayı Kompleksini, Tahir Salahovun Ev-muzeyini,
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini, Yeraltı Hamamı, Bakı
Fotoqrafiya Evini, habelə Qala Qoruğunda yerləşən Əntiq Əşyalar
Muzeyini, Arxeoloji və Etnoqrafik Muzey Kompleksini və Qala Qəsrini
ziyarət edə biləcək.

Teqlər: