İcbari tibbi sığorta ilə müayinələrdən keçmək üçün hansı dövlət xəstəxanalarına müraciət olunmalıdır? – Açıqlama

Bir çox hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə icbari
tibbi sığorta ilə müraciət edərkən müəyyən anlaşmazlıqlarla
rastlaşır. Müraciət etdiyi tibbi xidmətin icbari tibbi sığortanın
xidmətlər zərfinə daxil olmadığı qeyd edilir.

Bəs vətəndaşlar icbari tibbi sığorta ilə müayinələrdən keçmək
üçün hansı dövlət tibb müəssisələrinə müraciət etməlidir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-ın sorğusuna cavab olaraq
bildirilib ki, vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan
tibbi xidmətlərdən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”
publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb
müəssisələrində
istifadə edə bilərlər.

Qeyd edilib ki, bəzi tibb müəssisələri ixtisaslaşdırılmış tibbi
xidmətlər üzrə fəaliyyət göstərirlər. Məsələn, Akademik
C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu,
Hematologiya və Transfuziologiya İnstitutu, M.Cavadzadə adına
Respublika Kliniki Uroloji Xəstəxana və s.

“Bundan əlavə, vətəndaşlar qeydiyyatda olduğu Poliklinika/Ailə
Sağlamlıq Mərkəzində çalışan öz ailə həkiminə müraciət etməklə
müvafiq tibbi xidmət üzrə fəaliyyət göstərən tibb müəssisəsi
haqqında məlumatı əldə edə bilərlər.

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən TƏBİB-in
tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş vərəqəsi ilə
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində ödənişsiz
şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə təminata alınmayan
tibbi xidmətlər vətəndaşın öz vəsaiti hesabına həyata keçirilir”, –
deyə məlumatda bildirilib.

Teqlər: