İbrahimoviç Messi və Ronaldo arasında seçim edib

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç Lionel Messi və Kriştiano Ronaldo arasındakı rəqabətdən danışıb.

AzerTimes-ın məlumatına görə, onun sözlərini “Football Italia” nəşri dərc edib.

İdmançı bildirib ki, sözügedən iki futbolçu arasında seçim etmək çətindir, çünki hər onların hər ikisi çox güclü oyunçulardır: “Amma mən yenə də Messini seçirəm. Onunla oynamışam və onun meydanda etdiyi hər şey anadangəlmədir, məşqlə qazanılan deyil”.

Qeyd edək ki, Z.İbrahimoviç 2009-2011-ci illərdə İspaniyanın “Barselona” klubunda L.Messi ilə birgə oynuyub.