İbrahimoviç ciddi zədə aldı

İbrahimoviç ciddi zədə aldı

Məşhur futbolçu Zlatan İbrahimoviç ciddi zədə alıb.

Ulduz futbolçunun Avropa Liqası çərçivəsində keçirilən “Mançester Yunayted” – “Anderlext” oyunu zamanı diz bağları qopub.

Futbolçu növbəti ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacaq.

35 yaşlı futbolçunun bundan sonra karyerasında ciddi dəyişikliyin baş verəcəyi deyilir.