İbrahimin axtarışları davam edir – Video

İbrahimin axtarışları davam edir – Video

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

AzerTimes xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

Teqlər: