İbrahim Kalın amerikalı həmkarı ilə Qarabağı müzakirə ediblər

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ilə amerikalı həmkarı Ceyk Sallivan arasənda teıefon danışığı baş tutub.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, danışıq zamanı reginal məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.

Tərəflər iki olkə arasında siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın artırılması, regional və qlobal məsələlərə toxunulub.

O cümlədən Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım məsələləri, Suriyanın ərazi bütövlüyü və terrorla mübarizə səyləri, həmçinin Liviyadakı siyasi proseslər və seçkilər, Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində sülhün bərqərar olması və digər mövzülar müzakirə edilib.

Teqlər: