Mixeil Saakaşvili Qori hərbi hospitalına yerləşdirilib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisinin yaxınlığındakı Qldani həbsxana xəstəxanasından Qori şəhərindəki hərbi hospitala aparılıb.

AzerTimes xəbər verir ki, karvanın reanimobildə daxil hərəkətini əks etdirən görüntüləri yerli KİV-lər canlı yayımlayıb.


Keçmiş prezidenti yolda onun həkimi Nikoloz Kipşidze, anası Giuli Alasaniya, həbsxana xəstəxanasının həkimləri, həmçinin vəkillər Dmitri Sadzaqlişvili və Nika Qvaramiya müşayiət ediblər.

Teqlər: