IBM Rusiyada texnologiyalarının satışını dayandırdı

ABŞ-ın “IBM” korporasiyası Ukraynada hadisələr ilə əlaqədar
Rusiya bazarında öz texnologiyalarının satışını dayandırmaq
qərarına gəlib.

AzerTimes-ın
məlumatına görə, bu barədə texnoloji korporasiyanın rəhbəri Arvind
Krişnanın açıqlamasında deyilib.

Onun sözlərinə görə, şirkət “böhrandan zərər çəkən əməkdaşlarını
qorumaq və dəstəkləmək üçün tədbirlər görür” və “Rusiyada
texnologiya satmır”. Bundan əlavə, IBM “Rusiya hərbi təşkilatları
ilə” əməkdaşlıqdan imtina edib.

Qeyd olunub ki, müvafiq qərar Ukrayna ətrafındakı vəziyyət
fonunda qəbul edilib.