İbadət yerləri və ziyarətgahlara din xadiminin təyin olunması qaydası müəyyənləşib

“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din
xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad
edilməsi Qaydası” təsdiq edilib.

AzerTimes-ın məlumatına görə, qaydalara əsasən, İslam dininə aid
ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi
məqsədi ilə müsahibəni Azərbaycan Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) təşkil edir.

Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində
həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə
qərar qəbul edir.

Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün
müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet
saytında və digər kütləvi informasiya vasitələrində verilir.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən
edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki
(müsahibənin keçirilməsi vaxtı və yeri) Komitənin internet saytında
yerləşdirilir.

Müsahibə proqramı Komitə sədrinin əmri ilə təsdiq edilir və
Komitənin internet saytında yerləşdirilir.

Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır:

Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı
ilə bağlı normativ hüquqi aktları;

Qurani-Kərim;

Hədis;

Fiqh;

Əqaid;

Təfsir;

Dini xitabət;

Dil bilikləri;

İslam tarixi;

Azərbaycan tarixi;

Digər dinlər barədə məlumat;

Ümumi dünyagörüşü.

Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər
elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya
ehtiyatlarından çıxarış;

Tərcümeyi-hal;

Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial
qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya
ehtiyatlarından çıxarış;

Sağlamlıq haqqında arayış;

Narkoloji dispanserdən arayış;

Ruhi-əsəb dispanserindən arayış;

Məhkumluq barədə arayış;

Foto (3×4) (4 ədəd);

Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və
yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Teqlər: