Husilərin buraxdığı dron Səudiyyə Ərəbistanda məktəbə düşüb

Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançılarının buraxdığı partlayıcı ilə yüklənmiş pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanında məktəb binasına düşüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Əl Arabiya telekanalı məlumat yayıb.

İnsident krallığın cənub-qərbində yerləşən Asir əyalətində baş verib. “azırda bütün lazımi əməliyyat tədbirləri davam etdirilir”, – telekanal bölgənin mülki müdafiə idarəsinin nümayəndəsi kapitan Abdel Əziz Əl Cilbandan sitat gətirir.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Teqlər: