ABŞ və Britaniyanın Yəmən husilərinə qarşı hava hücumlarına SEPAH cavab verib.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-in sosial media hesablarında paylaşımlar edilib.
Paylaşımlarda yayılan animasiyalarda SEPAH PUA-larının ABŞ və Britaniya qüvvələrinə qarşı genişmiqyaslı hücumları simulyasiya edilib.
İranlı internet istifadəçiləri bunu istehza ilə “İranın ağır qısası” adlandırıblar.