Husilər yük gəmisinə hücum etdi: ölənlər var

Husilər yük gəmisinə hücum etdi: ölənlər var

Yəmən sahillərində, Ədən körfəzində husilər Barbados bayrağı altında üzən “True Confidence” yük gəmisinə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sənadakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində gəmi heyətindən iki nəfər həlak olub.

“Ənsarullah” hərəkatı Ədən körfəzində yük gəmisinə hücum etdiklərini təsdiqləyiblər. Belə ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya zərbələr nəticəsində gəmidə yanğın başladığını bildirib.

Teqlər: