Husilər Rusiya nefti daşıyan tankerə raket atdılar

Husilər Rusiya nefti daşıyan tankerə raket atdılar

Yəməndəki husi üsyançıları Ədən körfəzində Rusiya nefti daşıyan Panama tankerini səhvən atəşə tutublar.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Ambrey” şirkəti məlumat yayıb.

Tankerə ziyan dəymədiyi qeyd edilir. Gəmiyə doğru hədəflənən raket göyərtəyə 500 metr qalmış suya düşüb.

“Bu, husilərin səhvən hücumuna məruz qalan Rusiya nefti daşıyan ikinci tankerdir”, – deyə məlumatda bildirilir.

Teqlər: