Husilər Norveç tankerini vurdu – Video

Husilər Norveç tankerini vurdu – Video

Yəməndəki husi qruplaşması Bab-əl-Məndəb boğazında Norveçin “Strinda” tankerinə gəmi əleyhinə qanadlı raket atıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Zərbə nəticəsində gəmidə yanğın baş verib. Məlumata görə, itki yoxdur.

CENTCOM ABŞ-ın “USS Mason” esminesinin tankerə köməyə getdiyini bildirib.

Teqlər: