Husilər İsrail gəmisinə hücum etdi

Husilər İsrail gəmisinə hücum etdi

Yəmənin şimalında hökmranlıq edən “Ənsar Allah” hərəkatının silahlı qüvvələri Ədən körfəzi və Hind okeanında üç İsrail gəmisinə hücum edib.

AzerTimes xəbər verir ki, bunu husilərin hərbi sözçüsü Yəhya Sariya deyib.

“Yəmən silahlı qüvvələri Ədən körfəzində iki İsrail gəmisini – MSC DEGO və MSC GINA-nı vurub. Hücum bir neçə ballistik raket və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib və zərbələr dəqiq olub”, – o bildirib.

Onun sözlərinə görə, Yəmənin raket qüvvələri MSC Vittoria-ya qarşı əvvəlcə Hind okeanında, sonra isə Ərəbistan dənizində iki əməliyyat keçirib.

Teqlər: