Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir
“Bu səhər Yəmən Hərbi Dəniz Qüvvələri Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə – “Unity Explore” və “Number 9”a qarşı əməliyyat keçirib”, – deyə bildirilib.
Qeyd edək ki, bundan öncə husilər Britaniya və ABŞ gəmirlərinə hücum təşkil etmişdi.