Husilərin Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən Böyük Britaniyada qara çay qıtlığı yaranıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
“Sainsbury’s” pərakəndə satış şirkəti tədarükün kəsilməsinin müvəqqəti xarakter daşıdığını və istehlakçılara cüzi təsir göstərəcəyini bildirib.
Bununla belə, ekspertlər qıtlığın qiymətlərin artmasına və bir sıra malların əlçatanlığının azalmasına səbəb olacağını deyiblər.
Qeyd edək ki, Böyük Britaniyanın çay tədarükünün yarıdan çoxu Hindistan və Keniyadan gəlir. Hazırda ticarət gəmiləri ənənəvi olaraq Süveyş kanalından deyil, Ümid burnu vasitəsilə Afrika qitəsini dolanaraq keçməyə məcbur olurlar. Bu səbəbdən də çatdırılmalar 10-14 gün gecikir.