Husilər Aralıqdakı hədəflərə zərbə endirdi

Husilər Aralıqdakı hədəflərə zərbə endirdi

Husilər Aralıq dənizindəki hədəflərə aviazərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə hərəkatın lideri Əbdül Malik əl-Husi məlumat verib.

O bildirib ki, bu həftə həyata keçirilən əməliyyatlardan biri Aralıq dənizi akvatoriyasındakı hədəflərə qarşı olub:

“Bu həftə Qırmızı və Ərəb dənizlərində, Ədən körfəzində və Hind okeanında 15 raket və pilotsuz uçuş aparatından istifadə edilməklə ümumilikdə 8 əməliyyat həyata keçirilib. Bununla hücuma məruz qalmış İsrail, eləcə də onların havadarları amerikalılar və ingilislərlə əlaqəli olan gəmilərin sayı 119-a çatıb”.

Teqlər: