Husilər ABŞ kəşfiyyatı üçün “qara dəlik”dir – ABŞ komandiri

Husilər ABŞ kəşfiyyatı üçün “qara dəlik”dir – ABŞ komandiri

ABŞ və müttəfiqləri Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə hücumunun qarşısını ala bilmir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Qırmızı dəniz donanmasının komandiri kontr-admiral Mark Miqes danışıb.

“Husilər ABŞ kəşfiyyatı üçün “qara dəlik” kimi bir şeydir. Onların hansı silahlara sahib olduqları və miqdarı bilinmir. Ənsarullah uzun müddət gəmilərə zərbələr endirə biləcək, çünki İran tərəfindən maliyyə dəstəyi alır. Hazırda onlar gəmilərə raket zərbələri endirməyi dayandırıb və dron hücumlarına keçiblər. Lakin bu, nəqliyyat şirkətlərinin vəziyyətini asanlaşdırmır”, – o bildirib.

Teqlər: