Husilər AB-yə xəbərdarlıq etdilər: Odla oynamayın

Husilər AB-yə xəbərdarlıq etdilər: Odla oynamayın

Avropalılara deyirik ki, odla oynamayın, Britaniyadan ibrət götürün. İşğalçı qurumun müdafiəsində (İsrail nəzərdə tutulur – red.) ABŞ-ı dəstəkləməyə ehtiyac yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Husi qruplaşmasının yüksək səviyyəli üzvü Məhəmməd Əli əl-Husi AB-nin Qırmızı dənizdə dəniz missiyasının başlaması ilə bağlı danışarkən deyib.

“Sizin mövcudluğunuz Qırmızı dənizin militarizasiyasını artırır. Beynəlxalq naviqasiyanı hədəf alır. Bu ölkələrinizdəki bazarların ərzaq tədarükü zəncirinə təsir göstərəcək”, – o əlavə edib.

Qeyd edək ki, ötən gün Avropa Birliyinin 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə AB-nin “Aspides” adlı yeni dəniz missiyasını başlatmaq barədə razılıq əldə edib.

Teqlər: