“Hunday” elektrik dirəyinə çırpıldı: xəsarət alanlar var

“Hunday” elektrik dirəyinə çırpıldı: xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən AzerTimes-a verilən məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən “Hunday” markalı minik avtomobilinin elektrik dirəyinə çırpıldığı və 2 nəfərin avtomobildə sıxılmış vəziyyətdə qaldığı müəyyən edilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Teqlər: