Sudandakı münaqişə qurbanları üçün humanitar yük daşıyan ilk təyyarə enib.
AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Sudan bölməsi Tvitterdə məlumat yayıb.
Yükün 8 ton zəruri tibbi ləvazimatdan ibarət olduğu bildirilir. Humanitar yardımın Xartumdakı xəstəxanalara, eləcə də toqquşmalarda zərərçəkənlərə ilkin tibbi yardım göstərən Sudan Qızıl Aypara Cəmiyyətinə göndəriləcəyi gözlənilir.