Tiflisdə Qərbə qarşı aksiya keçirildi

Tiflisdə Qərbə qarşı aksiya keçirildi

Tiflisin mərkəzində Qərbin təzyiqlərinə qarşı geniş aksiya keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Respublika meydanında baş tutan aksiyanın təşkilatıçısı şoumen Georgi Qaçelidze olub.

Aksiyada həmçinin şou-biznes nümayəndələri, artistlər, digər sıravi vətəndaşlar iştirak edib.

Aksiyanın əsas mesajında Qərb ölkələrinin Gürcüstanı Ukraynada hərbi münaqişəyə cəlb etmək cəhdləri, ölkədə inqilabi ssenari və qütbləşmə riskləri ilə bağlı narahatlıq ifadə olunub.

Aksiya “Hər şeydən əvvəl Gürcüstan”, “Sülh naminə” şüarları altında keçirilib.

Teqlər: