Hulusi Akar britaniyalı həmkarı ilə görüşdü

Hulusi Akar britaniyalı həmkarı ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla britaniyalı həmkarı Ben Uolles görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər ikitərəfli və regional məsələləri, o cümlədən hərbi əməkdaşlığı müzakirə ediblər.

Akar və Uolles İstanbulda keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində iştirak edib.

Qeyd edək ki, bu, Böyük Britaniyada Rişi Sunakın Baş nazir seçilməsindən sonra Ben Uollesin ilk xarici səfəridir.

Teqlər: