Hotellər ulduz almaq üçün elektron sistemlə müraciət edə bilərlər – Baş icraçı direktoru

Xəbər - İlhamə İsabalayeva -Trend:

Azərbaycanda hotellər ulduzlaşmanın aparılması üçün elektron sistemlə müraciət edə bilərlər. Bu proses auditorlar tərəfindən həyata keçirilir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O qeyd edib ki, qiymətləndirmə prosesində çatışmazlıq olarsa, hotellərə onların aradan qaldırılması üçün 6 ay-1 il vaxt verilə bilər. İlkin qiymətləndirmədən sonra auditorların hazırladığı hesabat tərəfsizlik komissiyasına göndərilir. Hotel qərardan narazı qalarsa, apelyasiya komissiyasına müraciət edə bilər. Bu komissiya hotelin yenidən qiymətləndirməsi barədə qərar qəbul edə bilər.

Direktorun sözlərinə görə, hazırda əsas 3 məqsəd var ki, bunlar hotellərin təbliğatını aparmaq, onlardakı xidmət səviyyəsini yüksəltmək və hotellər arasında rəqabət qabiliyyətini artırmaqdır:

“Son illər ərzində Azərbaycanda hotelçilik sahəsində xeyli iş görülüb. Bu işlərdən biri olaraq, Azərbaycanda milli hotel təsnifatı hazırlandı. Bu təsnifat sistemi bütün Avropada tətbiq olunan Avropa mehmanxalar assosiasiyanın meyarları əsasında hazırlanıb”.

Teqlər: