Hollivud ulduzu Rusiyada partiya üzvü oldu

Xəbər - Orxan Nəbiyev – Trend:

Məşhur amerikalı aktyor, Hollivud ulduzu Stiven Siqal Rusiyada “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının üzvü olub.

AzerTimes-ın məlumatına görə, aktyora partiyanın bugünkü iclasında partiya bileti təqdim olunub.

Qeyd olunur ki, S.Siqal ekologiya, ətraf mühitin çirklənməsi məsələləri ilə məşğul olacaq.

Xatırladaq ki, Stiven Siqal 2016-cı ilin noyabrında Rusiya vətəndaşlığı almışdı.