Hollivud filmlərinin Rusiyada yayımının dayanması Azərbaycan kinoteatrlarına necə təsir edəcək?

Xəbər - Fərid Zöhrabov – Trend:

“Disney”, “Warner Bros” və “Sony” şirkətləri filmlərinin
Rusiyada yayımını dayandırıb. Şirkətlərin bu qərarı verməsinə səbəb
hazırda yaşanan Rusiya-Ukrayna müharibəsidir.

Bildiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar
filmləri əsasən bu kino şirkətlərinin Moskvada yerləşən
ofislərindən alırdılar. “Bəs, kinoteatrlar filmləri haradan
alacaq?” sualı ilə bağlı kinoteatrlardan cavab almağa çalışdıq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri
Nərmin Həsənova AzerTimes-a bildirdi ki, bu vaxta qədər ofis Rusiyada
yerləşdiyindən filmləri ordan alırdılar: “Bu ofislər Rusiyada
fəaliyyətini dayandırdığı üçün birbaşa həmin şirkətlərlə də
danışıqlar aparılır. Bundan əvvəl də birbaşa əlaqələrimiz olub.
Belə də ola bilər ki, həmin şirkətlər ofisi başqa ölkəyə köçürsün
və desinlər ki, filmləri oradan alın”.

“ParkCinema” kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm
Fətəliyev isə qeyd etdi ki, bu hadisə kinoteatra təsir
etməyəcək.


“Belə ki, biz bəzi filmləri Rusiyadan yox, Türkiyədən alacağıq.
Düşünürəm ki, heç bir problem olmayacaq. Repertuarımız Hollivud
filmlərilə dolu olacaq”, – deyə R. Fətəliyev qeyd edib.

Twitter:@FaridZohrabov

Teqlər: