“Holcim” şirkəti biomüxtəliflik və təbii ehtiyatları bərpa
etməklə və qorumaqla, həmçinin şəhərlərdə yaşıllığı artırmaqla
təbiəti mühafizə strategiyasını qlobal səviyyədə təqdim edib.
Şirkətin biomüxtəlifliyə müsbət təsiri innovativ bərpa planlarına
əsaslanır və Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi
Birliyi (IUCN) ilə tərəfdaşlıq əlaqələri çərçivəsində yaradılmış
elmi əsaslı metodlarla qiymətləndirilir. “Holcim” təbiəti mühafizə
strategiyası sayəsində elmi əsaslı biomüxtəliflik hədəflərinə malik
500 ən böyük qlobal şirkətdən birinə və öz sektoru üzrə su
ehtiyatlarının artırılması öhdəliyi olan ilk şirkətə çevrilib.
Ekologiya və təbii sərvətlər nazirinin cənab Muxtar Babayev
Qaradağ Sement Zavoduna səfəri zamanı ona milli səviyyədə fəaliyyət
planı təqdim edilib. “Holcim Azərbaycan”ın baş icraçı direktoru
Xalid Samaka 2019-cu ildən şirkətin müvəffəqiyyətlə həyata
keçirdiyi layihələrdən bəhs edib. Bu layihələrə xammal
tullantılarının istehsal prosesinə inteqrasiyası, çirkab suların
təmizlənməsi üçün sistemin yaradılmasl, yol infrastrukturu üçün
innovativ məhsulların hazırlanması, həmçinin tullantıların idarə
edilməsi və sirkulyar istehsal üzrə həllərin təqdim olunması
daxildir. Xalid Samaka çıxış edərkən bu fikirləri səsləndirib: “Böyük məmnuniyyətlə bildirmək istərdim ki, həyata keçirdiyimiz hər
bir işdə təbiətin mühafizəsini ön planda tutaraq biomüxtəliflik və
təbii ehtiyatların idarəçiliyini yaxşılaşdırmaq üçün elmi əsaslı
mühüm addımlar atırıq. “Sıfır emissiya” öhdəliyimizi həyata
keçirmək üçün təbiətin mühafizəsinə yönələn həllərimiz iqlim
dəyişikliyinin təsirini azaltmaqda və fəaliyyətimizin davamlılığını
artırmaqda vacib rol oynayır. Təbiəti mühafizə strategiyası ölkənin
inkişafını dəstəkləmək məqsədimizin mühüm hissəsidir”. “Holcim”in
təbiəti mühafizə strategiyasının icrası həm tikinti materialları
sektorunda, həm də bütün sənayedə əhəmiyyətli dəyişikliklərlə
nəticələnə bilər. Sağlam və davamlı cəmiyyətlər yaratmaq amalı ilə
etibar etdiyimiz ekosistemləri qoruya və bərpa edə bilmyimiz üçün
bütün müəssisələr bu istiqamətdəki addımlarını
sürətləndirməlidirlər”.
Nazir Muxtar Babayev “Holcim Azərbaycan”ın ətraf mühitin
muhafizəsinə və yasıllıq sahələrin artirilmasına verdiyi dəstəyi
təqdirə laiq olduğunu bildirmişdir və gələcək əməkdaşlığın
perspektivləri barədə fikir mubadiləsi aparmişdir.Sonra nazir
agacəkmə aksiyasına qoşulub və ərazidə quraşdırılan çirkab su
təmizləyici qurğuya baxış keçirib. Bu, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə “Holcim Azərbaycan” şirkətinin birgə həyata keçirdiyi
ikinci fəaliyyətdir.