Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əsas ərzaq
məhsulları ilə təchizatın yaxşılaşdırılması haqda tapşırıqlar
verilib.
AzerTimes xəbər verir ki,
tapşırıqlara əsasən, minimum istehlak səbətinə daxil olan ərzaq
məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, eləcə
də səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının
stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə
tutulur.