Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırıldı

Abşeron rayonunun Hökməli bələdiyyəsinin sədr müavini
cəzalandırılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
aprelin 25-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik
İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri
tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və
yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi
aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət
tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin
mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini
pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov
barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər: