Hirkan meşələri UNESCO-nun siyahısına daxil edildi

Hirkan meşələri UNESCO-nun siyahısına daxil edildi

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın UNESCO-nun yanındakı nümayəndəliyi sosial şəbəkədə bildirib.

“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, – məlumatda qeyd olunub.

Teqlər: