Hindistanın “Tejas”ı qəzaya uğradı

Hindistanın “Tejas”ı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi bu gün ölkənin qərbindəki Racastan əyalətində qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Pilotun katapult edərək, sağ qaldığı bildirilir.

Qeyd edilir ki, qəzaya uğrayan “Tejas” (sanskritcədə “alov, parıltı”) 2016-cı ildə istifadəyə verilib. Hindistan 2021-ci ildə dövlətə məxsus “Hindustan Aeronautics Limited” şirkəti ilə 83 ədəd “Tejas” almaq üçün 6 milyardlıq müqavilə bağlayıb.

Teqlər: