İyulun 18-də Hindistan parlamentində deputatların keçirdiyi səsvermənin nəticələri elan edilib.
AzerTimes xəbər verir ki, Hindistan Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyansın namizədi Draupadi Murmu Hindistanın yeni 15-ci prezidenti olub.
D.Murmu ölkənin ikinci qadın prezidentidir.
Qeyd edək ki, 25 iyulda yeni prezidentin andiçmə mərasimi keçiriləcək.