Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanın Mumbay şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində azı 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 15 nəfər xəsarət alıb.

Qeyd olunur ki, yanğın 20 mərtəbəli binanın 18-ci mərtəbəsində başlayıb. Hadisə yerinə 13 yanğınsöndürən maşın cəlb olunub.


Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.