Hindistanda turist qayığı batdı: 18 nəfər öldü

Hindistanda turist qayığı batdı: 18 nəfər öldü

Hindistanın Tanur şəhərində (Kerala ştatı) turist qayığının batması nəticəsində azı 18 nəfər ölüb, onların aralarında uşaqlar da var.

AzerTimes xəbər verir ki, bu barədə “İndian Ekspress Tayms” məlumat yayıb.

Yerli hakimiyyət orqanları bildirir ki, ikimərtəbli qayıqda 40-a qədər sərnişin olub. Şahidlərin sözlərinə görə, qayıqda sıxlıq olub və sərnişinlərdə xilasedici jilet olmayıb.

Belə ki, qayıq qaydaları pozaraq günün qaranlıq vaxtında sərnişindaşıma ilə məşğul olub. Məhz qaranlıq səbəbindən də xilasetmə əməliyyatları çətinləşib.

Hindistanın Baş naziri Narendra Modi Tviter səhifəsində həlak olanların ailələrinə başsağlığı verib.

Teqlər: