Hindistanda rekord istilər: ölkə yaşanmaz hala gəlir

Hindistanda rekord istilər: ölkə yaşanmaz hala gəlir

Hindistanın bəzi yerlərində temperatur bir neçə il ərzində insanların yaşaması üçün əlverişli limiti keçə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir.

Hesabatda qlobal istiləşmə fonunda Hindistanda soyuducu texnologiyaya sərmayə qoymaq üçün çoxsaylı tövsiyələr yer alır:

“Tezliklə Hindistanda istilik dalğalarına görə insanların yaşaması mümkün olmayacaq. Hindistan artıq bu ilin əvvəlində bir həftə davam edən isti dalğasını yaşayıb, bir sıra şəhərlərdə temperatur 43 dərəcəni keçib. Bu, dünya miqyasında temperatur artımının zirvəsi idi. Hindistanın paytaxtı Yeni Dehlidə havanın temperaturu 45 dərəcəyə çatıb və bu cür isti dalğaları həyəcanverici sürətlə artır”, – hesabatda deyilir.

Alimlər uzunmüddətli temperatur dəyişikliyini antropogen karbon emissiyaları ilə əlaqələndirirlər:

“Hindistan karbon emissiyalarını azaltmasa, isti dalğalarının 2036-2065-ci ilə qədər sürməsi ehtimalı var. Hindistanın həssas işçiləri qorumaq üçün bütün sektorlar üzrə kütləvi soyutma infrastrukturuna ehtiyacı olacaq. Bu ölkədə işçi qüvvəsinin 75%-ə qədəri və ya 380 milyonu isti şəraitdə işləməyə məcburdur”.

Teqlər: