Hindistanda quş qripinə görə 25 mindən çox ev quşu kəsiləcək

Hindistanın Maharaştra ştatında yüksək patogenli H5N1 quş qripi
virusunun epidemiyası qeydə alınıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “NDTV” televiziya kanalı xəbər
verib.

Məlumata əsasən, Şahapur dairəsindəki fermada infeksiyanın
yayılmasının qarşısını almaq üçün yaxın günlərdə 25 mindən çox ev
quşu kəsiləcək.


Bu, Hindistanda bu ildə qeydə alınan ilk quş qripi epidemiyası
deyil. Ötən gün Bihar ştatının hakimiyyəti H5N1 virusundan Patna
şəhəri yaxınlığındakı fermada təxminən 4 000 quşdan 787-ni
öldüyünü, qalan quşların kəsildiyini deyib.