Hindistanda omikron ştammının yeni növünə yoluxma qeydə alınıb

Hindistanın Mumbay şəhərində koronavirusun omikron ştammının
yeni – XE alt növünə ilk yoluxma faktı qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə şəhər bələdiyyəsi bildirib.

Məlumata əsasən, yeni növ rekombinant ştamm hesab olunur və daha
əvvəl qeydə alınmış BA.1 və BA.2 alt növlərinin hibrididir.

Qeyd olunur ki, XE ştammı ilk dəfə 2022-ci il yanvarın 19-da
Böyük Britaniyada üzə çıxıb.