Ermənilərin Ağdaban kəndində törətdiyi soyqırımı Azərbaycan xalqına qarşı növbəti cinayətdir – ŞƏRH

Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı
soyqırımı siyasəti həyata keçirib. Bu soyqırımılardan biri də
1992-ci il aprel ayının 8-də – Kəlbəcərin işğalından təqribən bir
il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına
şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş
soyqırımı hadisəsidir.

Məsələ ilə bağlı AzerTimes-ın sualına cavanbında Milli Məclisin deputatı
Elşən Musayev bildirib ki, erməni qatillər və
cəlladlar Azərbaycana qarşı öz vəhşiliklərini bütün mərhələlərdə
davam etdiriblər.

“Ən yeni tariximizdə yaşanan və Ağdaban kəndində törədilən
soyqırımı hadisəsi də həmin qəbildəndir. Bu qırğın nəticəsində 70
nəfər günahsız soydaşımız amansızca qətlə yetirilib, 800 insana
ağır işgəncələr verilib, 130 ev tamamilə dağıdılıb.

Yəni, erməni hər yerdə olduğu kimi, Ağdabanda da öz
vandalizmini, öz qansızlığını, öz vicdansızlığını nümayiş etdirib.
Uşaq, ahıl, qadın, qız demədən qarşısına çıxan hamını qırıb, hamıya
işgəncə verib, mülki əhaliyə qarşı amansızlıq edib, miqyası çox
böyük olan müharibə cinayətləri törədib.

Amma Ağdabanla bu məsələlər, qırğınlar bitirmi? Xeyr. Həmin
hadisələr Kəlbəcərdə də, Ağdamda da, Şuşada da, digər bölgələrdə də
təkrarlanıb. Xocalı soyqırımı haqda isə artıq bütün dünya danışır.
İllər keçdikcə hər kəs erməninin iç üzünü daha yaxından görür,
erməni qəsbkarlarını, erməni vandallarını daha yaxından tanıyır”, –
deyə deputat bildirib.

O qeyd edib ki, beynəlxalq aləm, beynəlxalq təşkilatlar,
beynəlxalq məhkəmələr bu hadisələrin üzərindən illər keçsə də hələ
adekvat reaksiya bildirməyiblər.

“Hansı ki, elə yalnız Ağdaban hadisələrinə görə çoxdan tribunal
çağırıla bilərdi. Bəli, burada soyqırımı olub. Burada vəhşilik
olub, mülki əhaliyə ağır zərbələr dəyib, erməni cəlladları
tərəfindən hərəyə bir şəkildə əzab, əziyyət verilib. Ağdaban
hadisələrini qətiyyən unutmaq olmaz. Bu, bizim qan yaddaşımızdır.
Həmin hadisələrdə dünyasını dəyişən həmvətənlərimizə Tanrıdan
rəhmət diləyirəm”, – deyə deputat qeyd edib.

“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın
həmvətənimizin taleyi barədə prezident İlham Əliyev beynəlxalq
qurumlar qarşısında hər dəfə məsələ qaldırsa da, Ermənistan bu
vəhşiliyi ört-basdır etməklə cinayətkar əməllərini gizlətmək
istəyir”.

Bunu isə Milli Məclisin deputatı Vüqar
İskəndərov
AzerTimes-ın sualına cavabında bildirib.

“İşğaldan azad edilmiş torpaqlarımızda aparılan qazıntı işləri
bir daha onu göstərir ki, 90-cı illərin əvvəllərində mənfur
düşmənlərimiz demək olar ki, hər rayonda vəhşiliklər törətməklə
kütləvi qırğına yol veriblər. İstər Edilli, istər Fərrux kəndi,
istər digər ərazilərimizdə bu vandallığın nümunəsinə rast gəlmək
olur. Belə cinayətlərdən bir də 1992-ci ildə Kəlbəcərdə törədilib.
Həmin vaxt erməni quldurlar tərəfindən həyata keçirilmiş qırğın
nəticəsində rayonun 130 evdən ibarət Ağdaban kəndi tamamilə
yandırılıb, kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ
işgəncələr verilib, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə
yetirilib. 1993-cü il aprelin 3-də Kəlbəcərin işğal edilməsi,
əhaliyə qarşı amansız qəddarlıq törədilməsi, ermənilərin insanlıq
əleyhinə cinayətləri də bu vandallığın insanlıq qatillərinin ardı
olub. Bu gün isə biz topraqlarımızı işğaldan azad etmişik. Cənab
prezident artıq beynəlxalq qurumlar qarşısında bu məsələni də hər
dəfə qabardır. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla
görüşdə də bu məsələləri yenidən gündəmə gətirməklə Azərbaycanın
haqlı mübarizəsini onların diqqətinə çatdırıb. Bu gün Azərbaycan
hər istiqamətdə olduğu kimi, bu sahədə də erməniləri diz
çökdürəcək. Ola bilər ki, hazırda erməni vandalların törətmiş
olduğu əməllərə bəzi ikili standarlarla yaşayan dövlətlər reaksiya
verməsin. Amma bu, çox çəkməyəcək. Azərbaycan özü gücü və güclü
lideri ilə öz haqq mübarizəsini dünyaya sübut edəcək”, – deputat
vurğulayıb.

Teqlər: