Hindistanda İsrail səfirliyi yaxınlığında partlayış olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanın paytaxtı Delhidə İsrail səfirliyinin yaxınlığında partlayış törədilib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində səfirliyə məxsus bir neçə avtomobilə ziyan dəyib.

Xəsarət alan olmayıb. Polisin məlumatına əsasən, partlayış kustar üsulla hazırlanmış partlayıcı ilə törədilib.

Hadisə ilə bağlı araşdırma aparılır.