Hindistanda güclü tufan: ölənlər var

Hindistanda güclü tufan: ölənlər var

Hindistanın qərbindəki Racastan ştatında güclü tufan olub.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, mayın 25-dən başlayan tufan ştatın bir neçə rayonunda ciddi dağıntılar törədib. Nəticədə 12 nəfər ölüb, itki düşənlərin olduğu bildirilib.

Ölüm halları şiddətli yağışın və güclü küləyin təsirindən evlərin və hasarların uçması nəticəsində qeydə alınıb. Ölü sayının artma ehtimalı var.

Mülki müdafiə qüvvələri təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərinə cəlb olunub. Evləri yararsız hala düşənlər çadırlarda yerləşdirilib. Bəzi yollarda su və palçıq axını səbəbindən hərəkət dayandırılıb.

Meteorologiya departamentinin məlumatına əsasən, küləyin sürəti saatda 96 kilometrə çatıb. Qurum bu cür hava şəraitinin 3-4 gün davam edəcəyini proqnozlaşdırıb.

Teqlər: