Hindistanda güclü leysan: 18 nəfər öldü

Hindistanda güclü leysan: 18 nəfər öldü

Hindistanın cənub-qərbindəki müxtəlif ştatlarına yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb.

AzerTimes xəbər verir ki, bu barədə İndia TV məlumat yayıb.

“Güclü yağış Telanqana, Qucarat, Maharaştra və Madhya Pradeş ştatlarında həyatı alt-üst edib. Daşqınlar Karnataka ştatında da qeydə alınıb. Güclü leysan səbəbindən bir çox ərazinin hələ də su altında qalıb. Meteoroloqlar ən azı növbəti gün daha çox yağış yağacağını proqnozlaşdırırlar”, – məlumatda deyilir.

Teqlər: