Hindistanda döyüş təyyarələri qəzaya uğradı

Hindistanda döyüş təyyarələri qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı Su-30 və Fransanın Mirage-2000 qırıcı təyyarələri Madhya-Pradeş ştatında qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Ani” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarələr təlim üçün Madhya-Pradeşdəki Qvalior aviabazasından havaya qalxıb.

Hazırda qəza yerində xilasetmə əməliyyatlarına başlanılıb. Qırıcı pilotların vəziyyəti və qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

Teqlər: