Hindistanda buzlaq uçqunu nəticəsində ölənlərin sayı artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanda ötən gün baş vermiş buzlaq uçqunu nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, 200-dən çox şəxs itkin düşmüş hesab edilir.

Hazırda 2,5 kilometr uzunluğunda tunel yaxınlığında axtarışlar davam etdirilir.

Qeyd edək ki, ötən gün Hindistanın şimalında yerləşən Uttarkhand ştatında buzlaq uçqunu baş verib.