Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanın Tamilnad ştatında ölkə silahlı qüvvələrinin baş qərargah rəisi, general Bipin Ravatın olduğu helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub.

Helikopterdə onun ailə üzvləri, köməkçiləri də daxil olmaqla 14 nəfər olub.

Qərargah rəisinin taleyi barədə hələlik məlumat verilməyib.