Hindistanda atışma: iki polis öldü

Hindistanda atışma: iki polis öldü

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF – hərbiləşdirilmiş polis strukturu) azı iki üzvü yaraqlıların hücumu nəticəsində ölüb.

AzerTimes xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, hadisə Manipur ştatının şimal-şərqindəki Vişnupur rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının daha iki üzvü ağır yaralanıb.

Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu güman edilən bir qrup yaraqlı təhlükəsizlik qüvvələrinin postlarına atəş açıb. Ekstremistlər hərbçilərə qumbara da atıblar.

Teqlər: