Hindistan və Pakistan arasında mühüm mübadilə

Hindistan və Pakistan arasında mühüm mübadilə

Hindistan və Pakistan iki ölkənin nüvə obyektlərinin siyahılarını, habelə qonşu ölkənin həbsdə olan vətəndaşlarının siyahılarını mübadilə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Siyahıların ötürülməsi diplomatik kanallar vasitəsilə eyni vaxtda iki qonşu dövlətin paytaxtında həyata keçirilib.

Mübadilə bu cür obyektlərə hücumların qarşısının alınmasına dair 1988-ci il müqaviləsinə uyğun olaraq baş tutub.

Teqlər: