Hindistan Rusiyanın 6 tankerini ölkəyə buraxmadı

Hindistan Rusiyanın 6 tankerini ölkəyə buraxmadı

Ümumilikdə təxminən beş milyon barrel “Sokol” markalı neft daşıyan Rusiyanın 6 tankeri Hindistana buraxılmayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, tankerlərdən beşi “Sovkomflot”a məxsusdur.

Bildirilib ki, “NS Century” tankeri noyabrın 16-da Şri-Lankadan cənubda dayanıb. Son həftədə isə ona Vadinar limanına yollanan daha iki tanker qoşulub. Bundan başqa, “Krımsk”, “Nellis” və “Liteynıy prospekt” tankerləri də təyinat yerlərinə çata bilməyiblər. Hər 3 tanker Hindistanın şərqindəki Paradip limanına gedirmiş.

Teqlər: