Hindistan MiQ-29-dan imtina etdi

Hindistan MiQ-29-dan imtina etdi

Hindistan özünün yeni “İNS Vikrant” aviadaşıyıcısı üçün Rusiyanın MiQ-29K və ABŞ-ın F/A-18 təyyarələrinin yerinə, Fransanın “Rafale-M” qırıcılarını alacaq.

AzerTimes xəbər verir ki, bu barədə “BulgarianMilitary.com” saytı məlumat yayıb.

Saytın məlumatına görə, MiQ-29K-lar bir il əvvəl Hindistanın alış siyahısından çıxarılmışdı. F-18-ləri isə “Boinq” şirkəti Hindistana satmaqdan imtina edib.

Qeyd olunub ki, Hindistan Hərbi Hava Qüvvələri üçün 2022-ci ildə 36 ədəd “Rafale” qırıcıları alınıb.

Bundan başqa, Fransa Hindistana Mk IIIhelikopterləri üçün mühərriklər hazırlamağa da razı olub.

Teqlər: